Hadisə, Kriminal

AXCP-nin toydan qayıdan üzvləri qəzaya düşdülər: rayon təşkilatının sədri öldü, 3 nəfər yaralandı - YENİLƏNİB - VİDEO

23 Aprel 2014 13:48
1 Şərh     Baxış: 1 946
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:51

Zaqatalada baş verən yol qəzasında dünyasını dəyişən və yaralanan şəxslərin AXCP-nin üzvləri olduğu məlum olub.

APA-nın məlumatına görə, qəza zamanı dünyasını dəyişən Mehdili Məhərrəm Nəriman oğlu AXCP-nin Balakən rayon təşkilatının sədri, xəsarət alan Fikrət Alqayev isə partiyanın məclis üzvüdür. Onlar Bakıdan toydan qayıdırmışlar.

Onu da qeyd edək ki, qəzada yaralanan F. Alqayev 2005-ci ildə "Azadlıq" blokunun Balakən rayonundan deputatlığa namizədi olub.

---------
10:24

Zaqatala rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, yol qəzası bu gün səhər saat 06:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 122-ci kilometrliyində qeydə alınıb.
 
1985-ci il təvəllüdlü Balakən rayon sakini Ramin Musa oğlu Həsənov idarə etdiyi "Mercedes" markalı, 90 CK 276 dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 1959-cu il təvəllüdlü Balakən rayon sakini Mehdilli Məhərrəm Nəriman oğlu  aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü Ramin Həsənov, digər sərnişinlər - Balakən rayon sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Amil oğlu Alqayev və 1962-ci il təvəllüdlü Füzuli Qaşım oğlu Xəlilov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olanlardan Ramin Həsənov və Füzuli Xəlilovun vəziyyəti ağır, Fikrət Alqayevin vəziyyəti isə isə orta-ağır hesab edilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

Milli.Az

---------
13:48

Videonu izləmək üçün şəklə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.