Hadisə, Kriminal

Azərbaycanda polis jurnalistləri saxladı

9 Aprel 2015 21:33
0 Şərh     Baxış: 1 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda "Böyük oyun"u izləməyə gedən idman jurnalistləri bu gün polislər tərəfindən saxlanılıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, Lənkəran şəhərinin girəcəyində Dövlət Yol Polisinin (DYP) əməkdaşları idman jurnalistlərini daşıyan Peşəkar Futbol Liqasının tutduğu avtobusu stadiona buraxmaq istəməyib.

Buna səbəb polislərin jurnalistləri Bakıdan gələn azarkeş bilməsi olub. Jurnalistlər öz vəsiqələrini göstərsələr belə, polisləri fikrindən yayındırmaq olmayıb. Lakin sona məsələ yoluna qoyulub. Məlum olub ki, onlar "Neftçi" fanatları yox, doğrudan da Azərbaycan idman mətbuatının nümayəndələridir. Bununla belə, yerli əhalinin səhv başa düşəcəyindən ehtiyatlanan DYP əməkdaşları bu avtobusu stadiona kimi müşayiət edib.

Qeyd edək ki, ötən mövsüm AFFA-nın İntizam Komitəsinin çıxardığı qərara əsasən "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında keçirilən görüşlərdə qonaq komandanın tərəfdarlarının stadiona girişinə qadağa qoyulub.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.