Hadisə, Kriminal

Bakı-Quba yolunda avtomobil aşdı: yaralılar var - YENİLƏNİB - FOTO

20 Aprel 2014 19:13
0 Şərh     Baxış: 1 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
19:13

Bakı-Quba-Rusiya uolunun 118-ci kilometrliyində baş verən qəzada yoldan çıxıb aşan avtomobilin sürücüsünün kimliyi məlum olub.

Milli.Az anspress-ə istinadəın bildirir ki, 1983-cü il təvəllüdlü Sərdarov Sərdar Azər oğlunun idarə etdiyi avtomobil yoldan çıxaraq aşıb.

Bakı istiqamətində hərəkət edən Sərdar Sərdarovun idarə etdiyi avtomobildə ailə üzvləri də olublar. Sürücü və ailə üzvləri yüngül xəsarətlər alıblar.

Hadisə yerində Baş Dövlət Yol Polisinin İstintaq İdarəsinin əməkdaşları təhqiqatlara başlayıblar.

---------
17:59

Bakı-Quba yolunda qəza olub. Milli.Az anspress-ə istinadəın bildirir ki, magistral yolun Şabran rayonu ərazisindən keçən hissəsində, daha dəqiqi, Taxta Körpüyə çatmamış "VAZ 21010" markalı avtomobil yoldan çıxaraq aşıb.

Avtomobildə olan sərnişinlər ağır xəsarətlər alıblar. Onlar təcili xəstəxanaya çatdırılıblar. Hadisə şahidlərinin verdikləri məlumata görə, sürücü xəsarət alsa da, hadisə yerini tərk etməyib. Sumqayıt sakini olduğunu bildirən sürücü qəzaya səbəb kimi qarşısına "KamAZ" markalı maşının çıxmasını göstərib.

Yaralı halda xəstəxanaya aparılan sərnişinlərdən biri sürücünün anası olub.

Hadisə yerində Dövlət Yol Polisi əməkdaşları araşdırmalara başlayıblar.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.