Hadisə, Kriminal

Nazirin toydan qayıdan qardaşı yol qəzasında həlak oldu

20 Aprel 2014 10:06
0 Şərh     Baxış: 3 611
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünən Naxçıvan Muxtar Respulikasının Şərur rayonunun Pusyan kəndində avtomobil qəzası baş verib.
 
Milli.Az axar.az-a istinadən xəbər verir ki, qəza nəticəsində Abbas Əhmədov hadisə yerində həlak olub.
 
Onunla birlikdə Sərhəd Qoşunlarının Şərur zastavalarının komendantı da ölüb.
 
Məlumata görə, Abbas Əhmədov toy məclisindən qayıdırmış.
 
Qeyd edək ki, Abbas Əhmədov Naxçıvan daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır. Hazırda təqaüddə olan A.Əhmədov fermer təsərrüfatı ilə məşğul imiş.
 
Allah rəhmət eləsin!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.