Daxili işlər orqanlarının əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.
DİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, bir qrup şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə ölkəmizə külli miqdarda narkotik maddə gətirməsi və satmaq istəməsi barədə polisə məlumat daxil olub.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Regional Şöbəsinin əməkdaşları dərhal əməliyyat axtarış tədbirlərinə başlayıb. İran İslam Respublikasının vətəndaşları 41 yaşlı Adil Nazimi və 36 yaşlı Rza Səidi şübhəli şəxs qismində saxlanılıblar. Onlardan xüsusi bağlamalarda ümumi çəkisi 23 kiloqram olan tiryək, 1 ədəd gecəgörmə cihazı, kəlbətin, əlcək və digər vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər əməllərini etiraf edərək bildiriblər ki, narkotik maddəni ölkəmizə satmaq məqsədi ilə gətiriblər. İstintaqla müəyyən edilib ki, 23 kiloqram tiryək 30 min Amerika dollarına satılmalı imiş.
Gecə saatlarında qaçaqmalçılıq yolu ilə ölkəmizə gələn Adil Nazimi ilə Rza Səidi narkotik maddəni gizlədərək əvvəlcədən tapdıqları müştərini gözləyiblər. Bu zaman əməliyyata başlayan polis əməkdaşları onları ələ keçiriblər.
Faktla bağlı cinayət işi açılıb, istintaq narkotik maddənin mənbəyini araşdırır.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Hadisə, Kriminal
İran vətəndaşlarının Azərbaycanda narkotik vasitəni 30 min dollara satmasının qarşısı alınıb - FOTO
19 Aprel 2014 14:09
4 Şərh
Baxış: 627
XƏBƏR LENTİ
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- Bakıya qarşı provokativ suala İran səfirinin cavabı
- Ərdoğan təsdiqlədi: Ərbilə səfər edəcək
- Rusiya müharibəyə bu gün son qoya bilər - G7
- Sloveniyadan vətəndaşlarına İranla bağlı xəbərdarlıq...
- Könül Həsənova icra başçısının müavini təyin olundu
- "Hudutsuz sevda"ya vida etdi - FOTO
- Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
- ÇL-də həftənin ən yaxşısı açıqlandı
- Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı
- Ermənistanın ərazisi İranın daha “qırmızı xətti” deyil? – Səfir
- Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov
- Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı
- Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir
- Erməni tağım komandirinin müavini öldü
- Dua Lipa məşhur brend üçün kamera qarşısına keçdi - FOTOlar
- Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
- Yaz-yay üçün qarderobumuzu belə hazırlamalıyıq - Tanınmış modelyerdən məsləhət
- Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü