Hadisə, Kriminal

Azərbaycanda tələbə polis əməkdaşını döydü

19 Aprel 2014 12:46
4 Şərh     Baxış: 1 572
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə şəxsi münasibətlər zəminində polis əməkdaşı ilə tələbə arasında münaqişə olub

APA-nın verdiyi məlumata görə, dava şəhərin Nəriman Nərimanov prospektində, 10 saylı orta məktəbin yaxınlığında baş verib.

Gəncə şəhər Baş Polis İdarəsinin polis əməkdaşı Elçin Həsənovla Azərbaycan Dövlət Aqrar Universitetinin III kurs tələbəsi Xalid Aydınlı arasında şəxsi münasibətlər zəminində dava düşüb. Tələbə polisə sifət nahiyəsindən zərbələr endirərək ona xəsarətlər yetirib.

Qeyd edək ki, dava baş verən zaman polis əməkdaşı E.Həsənov mülki geyimdə olub.

Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən faktı təsdiqləyiblər. Məsələ ilə bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.