Hadisə, Kriminal

Avtomobil yol kənarındakı elektrik dirəyini və ağacları aşırdı, ana və qızı yaralandı - FOTO

19 Aprel 2014 12:41
0 Şərh     Baxış: 592
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün səhər saatlarında Gəncədə avtomobil qəzası baş verib. Yol-nəqliyyat hadisəsi zamanı ana və qızı yaralanıb.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb. "Kraz" markalı ağırtonnajlı yük maşını ilə "Ford Tranzit" markalı avtomobilin toqquşması nəticəsində mikroavtobus ciddi deformasiyaya uğrayıb. Yük maşını isə yoldan çıxaraq yol kənarındakı elektrik dirəyini və ağacları qırıb. Qəza zamanı mikroavtobusda olan Gəncə şəhər sakinləri 55 yaşlı Tərlan Əhmədova və qızı 32 yaşlı Təranə Bağırova müxtəlif xəsarətlər alıb. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Həkim Məharət Kərimov: "Avtoqəza nəticəsində polislər tərəfindən iki nəfər xəstə gətirilib. Hal-hazırda ümumi vəziyyətləri ilə bağlı olaraq stasionar müayinələr təyin olunub. Travmatoloji tədbirlər aparılır".

"Kraz" markalı yük maşınının sürücüsü isə qəzanı belə xatırlayır.
Sürücü Fazil Atayev: "Bakıdan Qazax istiqamətinə gedirdim. "Azərittifaq" dördyolunda yaşıl işıq yanırdı, mən də dayanmadım. Alçaq sürətlə, 30-40 km/saatla gedirdim. Həmin anda qarşıma "Ford" çıxdı. O, mənə yol verməliydi, buraxmadı. Mənim qabağımdan döndü, mən də vurdum".

Hadisənin dəqiq səbəbləri isə araşdırmalardan sonra bilinəcək.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.