Hadisə, Kriminal

Xırdalanda dəhşət: saç ustası özünü binadan atdı - YENİLƏNİB

19 Aprel 2014 12:25
11 Şərh     Baxış: 4 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
12:25

Xırdalan şəhərində intihar hadisəsi baş verib.

Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Xırdalan şəhəri, Heydər Əliyev prospekti, Quşçuluq yaşayış massivində qeydə alınıb.
 

Həmin ünvanda yerləşən binalardan birinin 8-ci mərtəbəsində yaşayan, 1962-ci il təvəllüdlü Rövşən Qəzənfər oğlu Məmmədov özünü yaşadığı evin eyvanından atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

R.Məmmədovun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum olmasa da, onun bərbərliklə məşğul olduğu, intihar etməzdən əvvəl isə sərxoş vəziyyətdə evə gəldiyi bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


---------
10:08

Abşeron rayonunda dəhşətli intihar olub. Hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, dünən Xırdalan şəhərində orta yaşlı kişi özünü binanın 8-ci mərtəbəsindən atıb. O, binanın həyətində dayanmış avtomobilin üzərinə düşüb. Kişi hadisə yerində dünyasını dəyişib. Maşına isə ciddi ziyan dəyib. 

Abşeron rayon Polis Şöbəsindən Milli.Az-a bildirildi ki, özünü öldürən şəxs 52 yaşlı Rövşən Məmmədovdur. Onun özünə qəsd etməsinin səbəbi açıqlanmır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.