Hadisə, Kriminal

Bakıda cibgir "zek" qadın tutuldu

18 Aprel 2014 12:31
2 Şərh     Baxış: 2 393
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda cibgir qadın tutulub. Həmin şəxs Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nərgiz Ağammədovadır. Sabunçu Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, o, 2013-cü ilin noyabrın 10-da 35 saylı xətt avtobusunda Reyhan Quliyevaya məxsus, içərisində şəxsiyyət vəsiqəsi, metro kartı və bankomat kartları olan pul kisəsini oğurlayıb və daha sonra bankomat kartından 1575 manat pul çıxarıb.

Bundan başqa, 2013-cü il dekabrın 16-da 55 saylı xətt avtobusunda Məlahət Bədəlovanın əl çantasından 295 manat, dekabrın 17-də Ruhiyyə Alışanovanın əl çantasından 500 manat, bu il yanvarın 7-də 81 saylı xətt avtobusunda Aynur Əliyevanın əl çantasından mobil telefon, aprelin 9-da 186 saylı xətt avtobusunda Vəfa Səmədovanın əl çantasından 192 manat və şəxsiyyət vəsiqəsi, aprelin 16-da isə Q.Qarayev küçəsində yerləşən mağazada Püstəxanım Zeynalovanın əl çantasından 90 manat və şəxsi sənədlərini oğurlayıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.