Hadisə, Kriminal

Bakıda işdən qayıdan qadın dəhşət yaşadı - TƏFƏRRÜAT

18 Aprel 2014 12:28
0 Şərh     Baxış: 1 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın vida məktubu yazan ərinin meyitini su ilə dolu vannada tapıb

Ötən gün səhər saatlarında Bakının Binəqədi rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon polis İdarəsi 4-cü polis bölməsindən anspress-ə verilən məlumata görə, Rəsulzadə qəsəbəsi ərazisində yaşayan 1971-ci il təvəllüdlü Cavanşir Sabir oğlu Əsgərovun meyiti hamam otağında, vannanın içində tapılıb. Onun meyitini həyat yoldaşı tapıb.

Qadın səhər evdən çıxıb və axşam saatlarında evə qayıdarkən ərini hamamda vannanın içində tapıb. Qadın ərinin öldüyünü görüb. Vanna ağzına qədər su ilə dolu olub. Araşdırmalar zamanı məlum olub ki, Cavanşir Əsgərov vannaya su doldurub və içinə girib. Daha sonra elektrik cərəyanı ilə özünə qəsd edib.

Cavanşir Əsgərov ölməmişdən qabaq həyat yoldaşına vida məktubu da yazıb. Məktubda bağışlanmağını və ölümündə heç kimin günahlandırılmamasını xahiş edib.

Qeyd edək ki, Cavanşir Əsgərov kiçik bizneslə məşğul olurmuş. Hələlik onun intiharının dəqiq səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.