Hadisə, Kriminal

Sumqayıtda BMW öncə "Hyundai"a çırpıldı, sonra piyadaları əzdi

18 Aprel 2014 11:42
1 Şərh     Baxış: 770
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində ağır yol qəzası baş verib

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, şəhər ərazisində "BMW" markalı, 50 CK 054 nömrə nişanlı avtomobil iki piyadanı vurub.

Nəticədə piyadalardan 1947-ci il təvəllüdlü Həsənov Arif Vilayət oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Digər piyada, 1990-cı il təvəllüdlü Əliyev Hidayət Sərdar oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, "BMW" yüksək sürətlə hərəkət edərək işıqforu qırmızı işıqda keçib və burada Feyzi Könül İxtiyar qızının idarə etdiyi, 50 CB 260 nömrə nişanlı "Hyundai"a çırpılıb. Sürücünün idarəetməsindən çıxan "BMW" daha sonra yol kənarındakı piyadaların üstünə çıxıb.

Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.