Hadisə, Kriminal

Gəncədə iki avtomobil toqquşdu

17 Aprel 2014 18:59
0 Şərh     Baxış: 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün saat 15:00 radələrində Gəncənin Nizami prospektində yol qəzası baş verib. Belə ki, Gəncə şəhər sakini Nahid Əliyevin idarə etdiyi "BMW" markalı avtomobil eyni istiqamətə hərəkət edən Şəmkir rayon sakini Alim Hüseynova məxsus "VAZ 2107" markalı avtomobillə toqquşub.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, qəzaya ilkin səbəb kimi "VAZ"-ın dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Qəza zamanı yüngül xəsarət alan hər iki sürücü ambulator müayinəyə buraxılıb. Faktla bağlı Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.