Hadisə, Kriminal

Qobustan həbsxanasına ayaqqabı süngərində narkotik vasitə keçirmək istədilər - FOTO

17 Aprel 2014 18:05
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qobustan həbsxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Qobustan həbsxanasında cəza çəkən məhkum Samir Mirzə oğlu Əhmədovavətəndaş Rüfər Fikrət oğlu Əhmədovun göndərdiyi sovqata baxış keçirilib. Baxış zamanı əşyaların arasında olan ayaqqabı təmizləmək üçün süngərin altında gizlədilmiş, xalis çəkisi 1,226 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

Qeyd edək ki, S.Əhmədov Cinayət Məcəlləsinin 126.2.1; 126.2.2; 126.2.4; 178.1; 215.2.1; 215.2.4; 215.2.7; 221.2.1; 221.2.2; 221.3; 317-2.1; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.