Hadisə, Kriminal

Bakıda qaydanı pozan sürücünün maşınından silah tapıldı

17 Aprel 2014 13:54
0 Şərh     Baxış: 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Faktla bağlı araşdırma aparılır

Bakıda avtomobildən tapança aşkar edilib. Bakı Şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, hadisə Bünyad Sərdarov küçəsində qeydə alınıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Azər Ömərov xidmət aparan zaman Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Cavid Telman oğlu Məmmədovun idarə etdiyi 90-SU-073 dövlət nömrə nişanlı avtomobili qayda pozduğuna görə saxlayıb.

Avtomobildən tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.