Ağdaş Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru barəsində cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ağdaş Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Aparılmış istintaqla mərkəzin direktoru Vahid Seyfəlovun təşkilatçılığı və mərkəzin baş mühasibi Müşviq Baxışovun, rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Müstəqim Məmmədovun, Ağdaş Peşə məktəbinin baş mühasibi Yaşar Həsənovun, Ağdaş rayon Maşad kənd poçt şöbəsinin rəisi Əslan Lətifovun və qeyrilərinin bilavasitə iştirakı ilə 2006-2013-cü illər ərzində saxta sənədlər əsasında vəfat edən və digər şəxslərin adlarına, o cümlədən 730 şəxsə yaşa görə, 31 şəxsə ailə başçısını itirməyə görə, 12 şəxsə əlilliyə görə ümumilikdə 773 şəxsə sosial müavinat təyinatı aparılaraq 1.988.779 manat məbləğində dövlət vəsaitini qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan Vahid Seyfəlova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü, Əslan Lətifova həmin məcəllənin 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barələrində həbs qəti imkan tədbiri, Müşviq Baxışova Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü, Müstəqim Məmmədova Cinayət Məcəlləsinin 32.5, 179.3.2, 313-cü, Yaşar Həsənova isə həmin məcəllənin 32.5, 179.3.2 və 313-cü maddələri ilə ittiham elan edilərək barələrində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Milli.Az
Hadisə, Kriminal
2 000 000 manata yaxın pulu mənimsəyən dövlət məmuru məhkəmə qarşısına çıxarılır
17 Aprel 2014 10:29
0 Şərh
Baxış: 2 183
XƏBƏR LENTİ
- Ermənistanda daha bir qrup etirazçı saxlanıldı - VİDEO
- “Çelsi”dən antirekord
- Bakıda yük avtomobili minik maşını ilə toqquşdu - FOTO
- Azərbaycanlı müğənninin paylaşımı DİQQƏT ÇƏKDİ - FOTO
- Neftimiz BAHALAŞDI
- Zaxarova: NATO təlimləri təxribat xarakterlidir
- Baş nazir iclas keçirdi
- Cem Yılmaz özünü belə təbrik etdi
- İrəvanda Türkiyə və Azərbaycan bayraqlarını yandırdılar - VİDEO
- Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA
- Panamada güclü zəlzələ oldu
- “Panathinaikos”da Fatih Terim qərarı
- Bakıda bu yollarda sıxlıq var - SİYAHI
- 57 yaşı olduğuna heç kim inanmır - İllərə meydan oxuyan kişi sirrini açdı
- Bakıda gənc oğlanı avtobus vurdu
- İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
- Tural və Anar Məmmədxanovun arxiv FOTOsu
- “Yuventus” finalda
- KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir
- Argentina İranın nazirinin həbsini tələb edir
- Kürdəmirdə narkotiklərin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olanlar saxlanılıb - FOTO
- "Sandık kokusu"nda yeni aktrisa - - FOTO
- Sumqayıtda gənc oğlan itkin düşüb
- Yerdən ən uzaqda olan kosmik gəmi uzun fasilədən sonra ilk mesajını göndərdi