Hadisə, Kriminal

Bakıda "Prado" "Hyundai"la toqquşub aşdı - FOTO

17 Aprel 2014 10:25
0 Şərh     Baxış: 1 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsində qəza baş verib.

APA-nın xəbərinə görə, qəzada "Toyota Prado" və "Hyundai Grandeur" markalı avtomobillər toqquşub.
 
Qəza sözügedən küçə ilə hərəkətə edən "Hyundai"ın sürücüsü Xasıyev Əşrəf Vasif oğlunun işıqforun tələbini pozması nəticəsində baş verib. Qəzada Əzimov Rafiq Əli oğlunun idarə etdiyi "Prado" aşıb. Sürücülər xəsarət almasalar da, avtomobillərə ciddi ziyan dəyib.
 
Hadisə ilə bağlı Hənifə Ələsgərov küçəsində tıxac meydana gəlib. Əraziyə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Hər iki maşın evakuatorlar vasitəsilə ərazidən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub.
 
Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Foto: APA, Facebook
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.