Hadisə, Kriminal

Bakıda xanım sürücü kişiləri xərcə saldı - FOTO

17 Aprel 2014 09:51
0 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Yasamal rayonu, Mətbuat prospektində 3 maşının toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

APA-nın xəbərinə görə, qəza nəticəsində prospektlə hərəkət edən "10 VC 099" nömrəli "Nissan", "99 GJ 731" nörmərli "KİA" və "90 BV 787" nömrəli "Volkswagen" toqquşub.
 
Qəza nəticəsinə xəsarət alan olmasa da. maşınlara ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, qəza sürücüsü xanım olan "Volkswagen"in işıqforda qəfil dayanması olub. Nəticədə arxadan gələn "Nissan" və "KİA" ona çırpılıb.
 
Qəza ilə bağlı Mətbuat prospektinin bir hissəsində nəqliyyat vasitələrin hərəkətində sıxlıq yaranıb. Yasamal rayon yol polisi əməkdaşları  toqquşan avtomobilləri evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.