Hadisə, Kriminal

Bakıda qəza: sürücülərdən biri yaralandı, digəri qaçdı - YENİLƏNİB - FOTO

17 Aprel 2014 09:59
0 Şərh     Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Yasamal rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.

APA-nın xəbərinə görə, qəza Həsən Bəy Zərdabi və Hakim Abbasov küçəsinin kəsişməsində qeydə alınıb. Rəşad Səfərovun idarə etdiyi "90 HL 081" dövlət nömrə nişanlı  "Honda Aссord"la  Kamil Allahverdiyevin idarə etdi "90 CC 836" nömrəli "VAZ 2016" toqquşub.
 
Qəza nəticəsində "VAZ 2106"nın sürücüsü Kamil Allahverdiyev xəsarət alıb. "Honda"nın sürücüsü Rəşad Səfərov isə hadisə yerindən qaçıb. Hadisə şahidlərinin sözlərinə görə, "Honda"nın sürücüsü içkili olub və işıqforun qadağan edici işığında yolu keçməyə cəhd edib.
 
Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Yolda tıxac yarandığından hər iki avtomobil hadisə yerindən evakuasiya olunub.
 
Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

---------
09:59



----------
09:33



Foto: APA, Ceyhun Ələkbərov, Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.