Hadisə, Kriminal

Bakıda sürücü piyadanı vuraraq öldürüb - YENİLƏNİB - FOTO

17 Aprel 2014 10:47
0 Şərh     Baxış: 1 569
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
10:47

Bakıda avtomobil 45 yaşlı qadını vuraraq öldürüb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 16-sı saat 21:40 radələrində, Xətai rayonu Zığ yolunda Bakı şəhər sakinləri - 1986-cı il təvəllüdlü Orxan Cəfərli idarə etdiyi "Mercedes" markalı avtomobillə 1969-cu il təvəllüdlü Nazilə Fətullayevanı vurub. Nəticədə piyada N.Fətullayeva aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

-----------
09:25

Bakının Xətai rayonunda yolu keçmək istəyən piyadanı maşın vurub.

APA-nın xəbərinə görə, hadisə rayonun Ramiz Quliyev küçəsində qeydə alınıb.
 
"90 GJ 300" nömrəli "Mercedes"in sürücüsü yolu keçmək istəyən və hələlik şəxsiyyəti müəyyənləşməyən qadını vurub. Nəticədə qadın hadisə yerindəcə dünyasını dəyişib.
 
Hadisə yerinə Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları gəliblər.   Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, hadisə  qadının işıqlandırma olmayan küçəni keçmək istədiyi zaman baş verib.
 
Faktla bağlı Xətai  Dövlət Yol Polisinin Xətai Rayon Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.