Hadisə, Kriminal

Bakıda qanlı uçqunun səbəbkarlarının məhkəməsi başlayır - FOTO

16 Aprel 2014 13:16
1 Şərh     Baxış: 2 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda iki gəncin ölümündə günahkar olan şirkət direktoru məhkəmə qarşısına çıxarılır. Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, 25 yanvar 2014-cü il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktına görə Cinayət Məcəlləsinin 222.3-cü (tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdı.

Aparılmış istintaqla söküntü işlərini həyata keçirən "Araz-2011A" MMC-nin direktoru Araz Həsənov və cəmiyyətlə bağlanmış müqavilə əsasında həmin işləri icra edən ekskavatorçu Qamət Məmmədovun "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbul qaydaları" və "Tikintidə təhlükəsizlik texnikası" norma və qaydalarının tələblərini kobud şəkildə pozmalarında əsaslı şübhələr olduğundan təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

İş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla zəruri ekspertizalar təyin edilərək müvafiq rəylər alınmış və digər prosessual hərəkətlər yerinə yetirilib. İstintaqla həmçinin müəyyən edilib ki, sökülmə işlərinin aparılması zamanı təhlükəsizlik qaydalarının pozulması iki şəxsin ölümünə səbəb olmaqla yanaşı, həmin ərazidə hərəkətdə olan ayrı-ayrı şəxslərə məxsus avtomobillər də zədələnərək ümumilikdə 19.187 manat dəyərində ziyan dəyib.  Cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində 22 yaşlı Bayramlı Cavid Ədalət oğlu və 26 yaşlı Ələkbərov Asiman Salman oğlu faciəvi şəkildə həlak olmuşdular. Bina uçan zaman həmin şəxslər yaxınlıqda dayanan "Mitsubishi Pajero" markalı avtomobildə olublar. Avtomobilin sürücüsü C. Bayramlı olub.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.