Hadisə, Kriminal

Bakıda kişi həyat və pul arasında seçim etdi

16 Aprel 2014 12:38
0 Şərh     Baxış: 1 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda kişinin gözləri görə-görə cibindən külli miqdarda pulunu çıxardılar. Binəqədi rayonunda gənc oğlan Bəxtiyar Mustafayevin cibindən pullarını çıxarsa da, o bununla razılaşmalı olub, çünki həyatı pulla ölüm arasında olub.

B.Müstafayev polisə müraciət edərək bildirib ki, Sulutəpə ərazisində, Bakı-Şamaxı yolunda Əli adlı şəxs onun idarə etdiyi "Audi" markalı maşına girərək bıçağı onun boğazına dirəyib. Əvvəl müqavimət göstərmək istəyib, bıçağın boğazına girəcəyindən qorxaraq təslim olub. Həmin Əli də əlini Bəxtiyarın şalvarının cibinə salaraq içərisində 2600 dollar olan zərfi çıxarıb və maşından düşərək qaçıb.

Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin Əli Tağıyev olması müəyyən edilib. Onun tutulması istiqamətində polis işləyir.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.4 və 181.2.5-ci (silah və ya silah qismində əşyalardan istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla quldurluq etmə) maddələri ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.