Hadisə, Kriminal

Bakıda qadını maşın vuraraq öldürüb

16 Aprel 2014 10:40
0 Şərh     Baxış: 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda piyada qadın "VAZ-2107"nin qurbanı olub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 15-i saat 16 radələrində, Xəzər rayonu Buzovna qəsəbəsində Bakı şəhər sakini Natiq Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Sevda İslamovanı vurub. Nəticədə o, aldığı xəsarətlərdən 3 saylı xəstəxanada ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.