Hadisə, Kriminal

Bakı bulvarında tələbə qızın tükürpədici həyat faciəsi - Təfərrüat

16 Aprel 2014 10:06
59 Şərh     Baxış: 21 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda özünü dənizə atan gənc qız danışdı. Səbail Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, iki gün əvvəl Dənizkənarı Milli Parkda özünü dənizə atan 18 yaşlı Nuranə Matanova intihara cəhd etməsinin səbəbini müstəntiqə deyib.

Bakı Biznes və Kooperasiya Kollecinin 2-ci kurs tələbəsi olan Nuranənin imtahanlarda problemləri olub. İmtahanları verə bilmədiyindən əsəbləri korlanıb. Bu isə onu həyatdan küsdürüb və bulvara gələrək özünü dənizə atıb. Maddi vəziyyəti pis olan N.Matanovanın ailəsi fəhləliklə çörəkpulu qazanır.

Milli.Az-a isə Nuranənin intihara vadar olması ilə bağlı tükürpədici məlumat daxil olub. Onun atalığı tərəfindən təcavüzə məruz qaldığı deyilir. Atalığı onu zorlamağa cəhd edibmiş. Buna görə də qız sevdiyi oğlana zəng edərək bu barədə deyib və özünü dənizə atıb.

Anar Məmmədov
Milli.Az


Uyğun link:

Bakıda sevgilisi ilə danışıb özünü dənizə atan qız və anası niyə susurlar?
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.