Hadisə, Kriminal

Xaçmazda iki maşın toqquşub, yaralılar var - FOTO

16 Aprel 2014 09:37
0 Şərh     Baxış: 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi məlumata görə, Gəndob-Yalama yolunun 34-cü km-də qəza qeydə alınıb. Xaçmaz rayon sakini, 1993-cü il təvəllüdlü Şıxəliyev İlqar Raviq oğlunun idarə etdiyi "VAZ 2106" markalı, 50 BC 956 dövlət nömrə nişanlı avtomaşınla Xaçmaz rayon sakini, 1962-ci il təvəllüdlü Seyidov Sabir Seyid oğlunun idarə etdiyi 10 KU 773 dövlət qeydiyyatlı "VAZ 2107" markalı maşın toqquşub.  Qəza nəticəsində iki nəfər müxtəlif xəsarətlərlə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan hər iki sürücü ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Qəza "VAZ 2107"-nin sürücüsünün idarəetməni itirərək əks istiqamətə çıxması nəticəsində baş verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.