Hadisə, Kriminal

Kürdən meyit tapılıb

16 Aprel 2014 09:14
0 Şərh     Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Salyanda Kürdə batan naməlum kişi cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində ("Salyan" sularda xilasetmə məntəqəsindən təxminən 5 km məsafədə, nəzarət olunmayan ərazidə) naməlum kişi cəsədi aşkarlanmışdır.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur.
Cəsəd nazirliyin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.