Hadisə, Kriminal

Azərbaycanda kişi sevgilisini baltaladı - YENİLƏNİB - FOTO

15 Aprel 2014 16:59
8 Şərh     Baxış: 5 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:59

Sevgilisi tərəfindən balta ilə xəsarət yetirilən Şəmkir rayon sakini Sevil Həsənovanın səhhəti ilə bağlı həkim açıqlama verib.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, həkim Elşən Quliyev deyib ki, xəstə başın çoxsaylı kəsilmiş yaraları, açıq kəllə-beyin travması və təpə sümüklərinin açıq sınığı diaqnozu ilə xəstəxanaya daxil olub: "Xəstə kamatoz vəziyyətdədir. Yardım göstərilib. Həkim nəzarəti ilə Bakı şəhərinə göndərilir".

Cinayəti törədən Müşfiq Əmirov isə polis tərəfindən saxlanılaraq istintaqa təqdim olunub. İlkin məlumata görə Müşfiq Əmirov hadisəni törədən zaman sərxoş olub.

Şəmkir rayon prokurorunun köməkçisi Rəcəb Tağıyev: "15 aprel 2014-cü il tarxidə əvvəlcədən özü ilə götürdüyü çapacaq aləti ilə Sevil Həsənovanın işlədiyi Sevil Qazıyeva küçəsində yerləşən qadın geyimləri mağazasına gələrək Sevil Həsənovanın baş və digər bədən nahiyələrindən ağır bədən xəsarətləri yetirərək, huşsuz vəziyyətə saldıqdan sonra hadisə yerindən qaçıb".

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

---------
16:31


Bu gün səhər saat 11:30 radələrində Şəmkir rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, rayon sakini 45 yaşlı Müşfiq Əmirov ailə münasibətlərinin pozulması zəminində qeyri-rəsmi yaşadığı 43 yaşlı Sevil Həsənovaya balta ilə bədənin müxtəlif nahiyələrinə ağır xəsarətlər yetirib.

Yaralı ətrafdakıların köməyi ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra Sevil Həsənovanın vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə göndərilib.
Cinayəti törədən Müşfiq Əmirov isə polis tərəfindən saxlanılaraq istintaqa təqdim olunub. Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Milli.Az


---------
16:43

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.