Hadisə, Kriminal

Azərbaycandan 50 min pul çıxaran Türkiyə vətəndaşı saxlandı

15 Aprel 2014 13:02
3 Şərh     Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyə vətəndaşının çantasından və köynəyindən xeyli miqdarda pul çıxıb

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə Türkiyəyə getmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportunun nəzarət zonasını keçən Türkiyə Respublikasının vətəndaşı Kirazlı Amil Hasana məxsus əl çantası "Rapiscan 628" markalı X-Ray aparatından keçirilən zaman monitorda pul əskinaslarının təsvirləri görünüb.

Bununla əlaqədar olaraq, həmin vətəndaşın əl yükünə gömrük baxışı, eləcə də üzərində şəxsi yoxlama aparılıb. Kirazlı Amil Hasana məxsus əl çantasına baxış zamanı çantadan gömrük nəzarətinə bəyan olunmayan 40 min 350 ABŞ dolları aşkar edilib. Onun üzərində şəxsi yoxlama aparılarkən isə əynindəki köynəyin cibindən gömrük nəzarətinə təqdim edilməyən 10 min avro aşkar olunub.

İlkin araşdırma zamanı Kirazlı Amil Hasan izahatında həmin pulları Bakı şəhərində mülk almaq üçün İstanbul şəhərindən gətirdiyini, lakin işi alınmadığına görə geriyə aparmaq istədiyini və sözügedən məbləğdə nəğd pulun respublikadan kənara çıxarılmasına qanunvericiliklə yol verilmədiyini və bunu bəyan etməli olduğunu bilmədiyini qeyd edib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.