Hadisə, Kriminal

Ermənilərə və İran xüsusi xidmət orqanlarına işləyən həmyerlilərimiz tutuldular

5 Mart 2014 11:38
Baxış: 3 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ötən il keçirilən əməliyyatlar nəticəsində ermənilərə və İran xüsusi xidmət orqanlarına işləyən Azərbaycan vətəndaşları tutulublar

Trend-in məlumatına görə, Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub ki, 2013-cü ildə həyata keçirilmiş məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Azərbaycandakı ictimai-siyasi vəziyyət, neft strategiyası, regionda cərəyan edən proseslər, ölkə rəhbərliyi və dövlət məmurları barədə məlumatlar toplayaraq xarici dövlətə ötürən 1 nəfər, eləcə də, Rusiyada yaşayan erməni milliyyətli şəxslərlə cinayətkar işbirliyi qurmuş və onların sifarişi ilə saxta sənədlər hazırlayaraq satan daha 1 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.

Bundan başqa, Azərbaycanda yaşayan İsrail vətəndaşlarının müəyyənləşdirilməsi, həmin dövlətin respublikamızdakı diplomatik nümayəndəliyinin əməkdaşları barədə məlumatların toplanılması, Azərbaycanın mobil telefon operatorlarının, həmçinin Dövlət Yol Polisinin məlumat bazalarının əldə edilməsi, eləcə də, maraq dairəsinə düşmüş şəxslərin izlənilməsi, onların video və fotoçəkilişlərinin aparılması üzrə İran xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirən daha 2 Azərbaycan vətəndaşı ifşa olunaraq yaxalanıb.

Həmçinin 2 vətəndaşın İran ərazisinə çıxarılaraq, həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmalarına şərait yaratmaqla yanaşı, qeyri-qanuni yollarla Azərbaycan ərazisinə silah-sursat keçirmiş 1 İran vətəndaşı da cinayət məsuliyyətinə cəlb edilib.

Törədilmiş hərbi cinayətlərə görə 1 hərbi qulluqçu məhkum olunub.

Milli Təhlükəsizlik Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən olan terrorçuluqla, dini və siyasi ekstremizmlə, eləcə də, ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş digər cinayətkarlıq təzahürləri ilə mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.