Hadisə, Kriminal

Azərbaycana psixotrop dərman preparatları keçirmək cəhdi alınmadı

19 Fevral 2014 15:59
0 Şərh     Baxış: 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İrandan Azərbaycana qaçaqmal yolu ilə külli miqdarda dərman preparatları keçirmək cəhdinin qarşısı alınıb

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 14 fevral 2014-cü il tarixdə saat 04:30 radələrində Yardımlı rayonunun Abbasalı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrupun külli miqdarda qaçaqmalı İran İslam Respublikasından Azərbaycana keçirmək cəhdinin qarşısı alınıb.

Qaçaqmalçılara məxsus 5 yeşikdə 14 min 088 konvalyut "travamis", "opidol", "tamol-xx" psixotrop dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.