Hadisə, Kriminal

Bakıda avtobus sürücüsünün səhvi az qala ana və qızını öldürəcəkdi

24 Oktyabr 2013 09:21
4 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün səhər saat 08:50 radələrində "Elmlər Akademiyası" metrostansiyasının qarşısındakı avtobus dayanacağında həyəcanlı anlar yaşanıb. Anspress-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, azyaşlı qızını orta məktəbə aparan ana uşağı ilə birlikdə sürücünün səhvi nəticəsində az qala həyatdan məhrum olacaqdı.

Belə ki, ana və qızı 59 saylı sərnişin avtobusuna minərkən sürücü qapıları bağlamadan maşını sürüb. Bu an qız və ana avtobusun qapılarından yerə yıxılıblar. Xoşbəxtlikdən, onlar xəsarət almayıblar. Sürücü isə buna əhəmiyyət vermədən avtobusu sürüb gedib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.