Hadisə, Kriminal

Bakıda oğuldan anasının gözləri qarşısında amansızlıq - YENİLƏNİB

22 Oktyabr 2013 11:10
14 Şərh     Baxış: 6 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
11:10

Ana övladının qəzəbinin faciə ilə bitəcəyini heç gözləmirdi. Gözləri qanla örtülmüş oğul əlinə bıçaq alarkən onu dünyaya gətirən anasına da məhəl qoymayıb.

Bakının Binəqədi rayonunda 36 yaşlı Nəsib Hüseynov anasının gözləri qarşısında bıçağı 27 yaşlı həyat yoldaşı Aygünün ürəyinə sancıb. Şuşa şəhərindən məcburi köçkün kimi Novxanı qəsəbəsində yerləşən "Şəfəq" pansionatında məskunlaşan N.Hüseynovun həyat yoldaşı ilə mübahisəsi yaranıb.

Binəqədi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, əsəbi halda olan ər əvvəlcə Aygünü döyüb. Bu zaman Nəsibin anası onları sakitləşdirməyə çalışsa da, istəyi baş tutmayıb. Nəsib bıçaqla Aygünün ürəyinə bir zərbə vurub. Həmin zərbə iki azyaşlı uşaq anası olan Aygünün həyatını yarıda kəsib.

Yaşadığı pansionatın yaxınlığındakı mağazada işləyən Aygün ailə-məişət münaqişəsinin qurbanı olub. Polis artıq N.Hüseynovun qollarına qandal vurub. İstintaq iki uşaq anasının qətlinin səbəbini araşdırır.

----------
10:27

Ötən gecə Bakının Binəqədi rayonunda qətl baş verib. Rayon Prokurorluğundan Anspress-ə verilən məlumata görə, Novxanı qəsəbəsi "Şəfəq" pansionatında məskunlaşan ailənin başçısı arvadını öldürüb.

Belə ki, Şuşadan məcburi köçkün olan 1977-ci il təvəllüdlü Nəsib Qurban oğlu Hüseynov arvadı, 1986-cı il təvəllüdlü Aygün Mənsur qızı Hüseynovanı qətlə yetirib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, arşadırma aparılır.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.