Hadisə, Kriminal

Bakıda ananın "Olmaz!"ı oğulu ölümə apardı

26 Sentyabr 2013 10:08
22 Şərh     Baxış: 19 261
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı şəhərində ana övladının dərsə olan marağının azalmasını nəzərə alaraq ona idmana getməyə qadağa qoymuşdu. Lakin onun oğluna tətbiq etdiyi cəzanın nə ilə nəticələnəcəyini nəzərə almamışdı.

Suraxanı rayonunda məktəbli oğlanın ölümünün səbəbi ilə bağlı Milli.Az-ın əldə etdiyi faktlar hamını təəccübləndirəcək. Dünən Hövsan qəsəbəsində orta məktəbin 9-cu sinif şagirdi olan 14 yaşlı Valeri Sidorovu anası yaşadıqları evin həyətindəki yardımçı tikilidə asılmış vəziyyətdə aşkar edib.

Yeganə oğul övladının özünü asmasının ilk olaraq səbəbini anlamasa da, sonradan hər şey ona aydın olub. Veleriyə tətbiq etdiyi cəza onun öz başında çatlayıbmış.

Hadisə baş verən gün oğlunun təhsil aldığı məktəbə gedən ana müəllimlərin Valerinin dərslərinə yaxşı hazırlaşmamasından şikayətlənib. Ana da evə gələrək tədbir görüb, oğluna idmana getməyi qadağan edib. Az sonra isə oğlunun asılmış meyitini qucaqlamalı olub.

Suraxanı Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, V.Sidorovun intiharı ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə başlanmış cinayət işinin istintaqını davam etdirir.

Onu da əlavə edək ki, Sidorovanın Valeridən başqa bir qızı var.
 
Xəbərin izindəyik, Milli.Az-ı izləyin...

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.