Hadisə, Kriminal

Yunanlar Moskvaya qahmar çıxdılar

31 Mart 2015 21:51
0 Şərh     Baxış: 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az BBC-yə istinadən bildirir ki, Yunanıstan höküməti Qərbin Rusiyaya qarşı tətbiq ediyi sanksiya siaysətilə razı deyil və bu yanaşmanın nəticə verəcəyinə inanmır, Baş nazir Aleksis Tsipras bəyan edib.
 

"Mən dialoq tərəfdarıyam, diplomatiya, problemin həllini danışıqlar masası arxasında axtarmaq lazımdır", Moskvaya səfəri ərəfəsində Aleksis Tsipras TASS agentliyinə bildirib.
 

Ekspertlərin fikrincə, Afina bu məsələdə Moskvaya tərəfkeşlik etməklə, beynəlxalq kreditorlarla borcların ödənilməsi ilə bağlı danışıqlarda mövgeyini möhkəmlətmək istəyir.
 

New York Times nəşrinin məlumatına əsasən, Tsipras ilk əvvəl Rusiyaya may ayında səfər etməyi planlaşdırmışdı, lakin Yunanıstanın borcu ilə bağlı Avropa İttifaqı ilə danışıqlar nəticə vermədikdən sonra, səfərin tarixi 1 ay əvvələ çəkildi.
 

Yunanıstan məmurları ümid edirlər ki, Aİ ilə mürəkkəb münasibətlər fonunda Rusiya yunan iqtisadiyyatına yardım göstərəcək mehriban investora çevrilə bilər.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.