Kriminal

Prokuror məhbus yoldaşını balta ilə öldürən şəxsə cəza istədi - 14 il

29 İyun 2017 17:42
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror R.Quliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 2016-cı il fevralın 8-də Sumqayıt şəhəri, Corat qəsəbəsində R.Quliyevin yaşadığı evə gələn tanışı Ramiz Hətəmovla aralarında söyüş üstündə mübahisə yaranıb. R.Quliyev balta ilə R.Hətəmovun başına zərbələr endirərək qətlə yetirib. R.Quliyev könüllü polisə təslim olub.

Bu şəxslər əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 3 saylı Cəzaçəkmə Müəssisəsində bir yerdə cəza çəkiblər.

R.Quliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.