Kriminal

Bakıda hava limanında şübhəli çanta: rentgen aparatı cinayəti aşkarladı

29 İyun 2017 15:40
0 Şərh     Baxış: 2 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə vətəndaşı gömrük nəzarətindən "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə keçsə də, lakin əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.

Daha sonra vətəndaşın çantası yoxlanılıb və çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 299 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 29.900 ABŞ dolları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.