Kriminal

Masazırda azyaşlı qızları soyan tutuldu - VİDEO

26 İyun 2017 21:00
0 Şərh     Baxış: 2 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bağ evlərini qarət edən şəxs tutulub.

Milli.Az bildirir ki, hadisə Sumqayıtda baş verib. Bir neçə şəxs polisə məlumat verib ki, evdə olmadıqları vaxt mənzillərindən oğurluq olub. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis şübhəli kimi Rəfael Mehdiyevi saxlayıb. İlkin ifadəsi zamanı saxlanılan şəxs Sumqayıt şəhəri bağlar massivində yerləşən 9 həyət evindən məişət əşyaları oğurladığını etiraf edib.

Şəhər polisi bundan başqa Məcnəddin Rəhimovun həyətyanı sahəsindən velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Kamil Orucovu da tutub. Ətrafında aparılan tədbirlərlə onun car ilin yanvar ayından may ayınadək olan müddətdə şəhər ərazisində 2 avtomobildən, 2 evdən, 1 mağazadan, 2 nəfərin çantasından, əyləncə mərkəzlərindən birindən, 2 həyətdən və 1 mebel sexindən velosiped, mobil telefon, təkər, akkumulyator, danışıq kartları, elektrik naqili, geyim və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Abşeron rayon polis idarəsinin əməkdaşları isə azyaşlı qız uşaqlarına qarşı soyğunçuluq etmiş şəxsi yaxalayıb. Hadisə Masazır qəsəbəsində baş verib. Cəlilabad sakini İsmayıl Seyfullayev ''Qurtuluş-93'' yaşayış kompleksində binaların qarşısında oynayan azyaşlı qızların qulağındakı sırğalararı soyğunçuluq yolu ilə mənimsəyib. Dindirmə zamanı o, əməlini etiraf edib.

İsmayıl Seyfullayev azyaşlıların qızıl sırğalarını dəyərindən ucuz qiymətə satıb. Faktla bağlı cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Silsilə oğurluq və soyğunçuluq törədənlər tutuldu

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.