Kriminal

"Məktəbdə nəvələrimi lağa qoyub, analarının əxlaqsız..." - Dəhşətli namus cinayəti...

26 İyun 2017 14:22
20 Şərh     Baxış: 7 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir evdə yaşadıqları keçmiş gəlinini namus üstündə öldürən şəxsin cəzası azaldılıb.

Aldığı 16 illik cəzadan şikayət verən Məlikməmməd Adıgözəlovun cəzası 12 ilə endirilib. Təqsirləndirilən şəxsin cəzasını 9 yaşlı nəvəsinin verdiyi ifadə azaldıb.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Fərmayıl Zeynallının sədrliyi ilə qətl törətməkdə təqsirləndirilən 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlovun apellyasiya şikayətinə baxılıb.

M.Adıgözəlov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2016-cı il tarixli hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. Xaçmaz rayonu, Uzun-oba kənd sakini olan M.Adıgözəlov keçmiş gəlini Rəmziyyə Abdurahmanovanı xüsusi amansızlıqla qəsdən öldürmədə təqsirləndirilib.

İki əli ilə onu boğaraq öldürüb

İttihama görə , M.Adgözəlov 2016-cı iyulunda yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində evinin həyətində əlindəki yaba ilə mal-qaraya yem verdiyi zaman oğlu Elsevər Adgözəlovdan bir neçə il əvvəl boşanan, lakin məhkəmənin qərarı ilə bir evdə yaşadığı keçmiş gəlini R.Abdurahmanova 9 yaşlı oğlu Muradla evə gəlib.

Keçmiş gəlini taksidən düşüb və həyətin darvazasını döyərək M.Adıgözəlovu təhqir edib. Təhqirə səbəb isə qapının gec açılması olub. M.Adıgözəlov qapını açdıqdan sonra keçmiş gəlini ilə mübahisə etməyə və bir-birlərini təhqir etməyə başlayıblar. Mübahisənin davamında M.Adıgözəlov keçmiş gəlinin başına yaba ilə bir neçə dəfə vuraraq yerə yıxıb və iki əli ilə onu boğaraq öldürüb.

M.Adıgözəlov apellyasiya şikayəti verərək keçmiş gəlinini xüsusi amansızlıqla və nəvəsinin gözü qarşısında öldürmədiyini bildirərək cəzasının azaldılmasını xahiş edib.

"Oğlum onu evində başqa kişi ilə tutdu"

O, şikayətini əsaslandırarkən deyib ki, keçmiş gəlini oğlundan rəsmi surətdə boşandıqdan sonra əxlaqsız həyat tərzi keçirməklə ailəsinin nüfuzuna xələl gətirib, nəvələrini döyüb incitməklə ona mənəvi əzab verib, ailəsinin ünvanına tez-tez nalayiq söyüşlər işlədib.
M.Adıgözəlov ifadəsində deyib ki, arvadı, oğlu və yeni gəlini ilə birlikdə kənddəki evlərindı yaşayıblar. Keçmiş gəlini də eyni evdə bir otaqda yaşayırmış. Oğlu ilə keçmiş gəlinin nikahından 3 uşaqları olub.

"2001-də evlənmişdilər. Rəmziyə əxlaqsız hərəkətlər etdiyi üçün oğlumla aralarında münaqişə başladı. 2009-da Elsevər Rəmziyyəni öz evində başqa kişi ilə münasibətdə olanda tutdu və boşandılar. Məhkəmə uşaqlar körpə olduğu üçün mənim evində yaşamaları ilə bağlı qərar verdi. Amma o, yenə də əxlaqsız hərəkətlərindən əl çəkmədi. Onun pozğun həyat tərzi bütün kəndə bəlli oldu. Uşaqlar məktəbə gedəndə sinif yoldaşaları onları lağa qoyaraq analarının əxlaqsız olduğunu deyirdilər", - deyən M.Adığözəlov ifadəsində bildirib.

"Evində fahişə saxlayan, tez ol, aç qapını"

Daha sonra hadisəni günü baş verənlər haqda danışan M.Adıgözəlov bunları deyib:

"Həmin gün Rəmziyyə darvazanı döyüb itələməyə başladı. Dayan açıram dedim. "Evində fahişə saxlayan, tez ol, aç qapını" deyib qışqırdı. Məni təhqir eləməyə başladı. Bu söyüşlərdən qəzəblənərək başına yaba ilə vurdum. Ayağa qalxıb yenə məni söyərək küçəyə qaçdı. Arxasınca gedərək ikinci dəfə başından vurdum. Qaçmağa davam elədi. Çatıb bir də vuranda yaba qırıldı. İki əlimlə tutaraq boğmağa başladım. Sonra qonşular polisə xəbər verdi".

Mərhumun atası Qabil Abdurahmanov da məhkəmədə ifadə verib.

O deyib ki, qızı ilə keçmiş kürəkəni Elsəvər arasında münasibətlər yaxşı olub. Amma 2009-da yola getməyərək boşanıblar.

"Qızımı döyüb barmağını sındırdılar"

"Qızım boşanandan sonra da o evdə qaldı. Elsevər işləmək üçün Rusiyaya getdi. Qayıdanda özü ilə Samirə adlı arvad gətirdi. 2013-cü ildə qızımı döyüb əl barmağını sındırdılar. Sonra alimenti ödəmədikləri üçün aralarında mübahisələr oldu. Onlar qızımdan könüllü olaraq alimentdən imtina etməsini tələb edirdilər. Qızımı tez-tez hədələyirdilər"- deyə mərhumun atası qeyd edib.
Məhkəmədə 9 yaşlı Murad hadisənin əsas şahidi kimi ifadə verib.

O, babasının anası Rəmziyyəni onun gözü qarşısında heç vaxt vurmadığını deyib.

Apellyasiya məhkəməsi 9 yaşlı Muradın ifadəsindi nəzərə alaraq qərara gəlib ki, təqsirləndirilən şəxs mərhumu azyaşlı övladının gözü qarşısında xüsusi amansızlıqla qətlə yetirməyib. Buna görə də bu hal təqsirləndirilən şəxsin cəzasını ağırlaşadıran hərəkət kimi qiymətləndirilə bilməz.

Apelyasiya məhkəməsində dindirilən Murad Adıgözəlov ifadəsində onu da göstərib ki, anası ilə babası mübahisə etməyə başlayanda söyüşlərə qulaq asmamaq üçün orada qalmayıb və təzə oyuncağı ilə oynamaq üçün evlərinə gedib.

9 yaşlı Muradın ifadəsi və azaldılan cəza

Murad ifadəsinə bildirib ki, anası takisi ilə gələrkən mahnının səsini özü qəsdlə yüksəldib. Bununla da babasına acıq vermək sitəyib. Anası darvazanı içəriyə itələyərək babasına qışqırmağa və onu təhqir etməyə başlayıb.

Məhkəmə kollegiyası qərara gəlib ki, qəsdən adam öldürmənin ağırlaşdırıcı halı kimi nəzərdə tutulan maddəsi təqsirləndirilən şəxs Məlikməmməd Adıgözəlovun ittihamından xaric edilməlidir. Belə olan halda M.Adıgözəlovun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Cinayət işinin materiallarından görünür ki, Məlikməmməd Adıgözəlov ilk dəfə cinayət məsuliyyətinə cəlb edilib, ailəli və yaşlı olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. O, əməlindən peşman olub və cinayət hadisəsini gəlininin əxlaqsız hərəkətlərinin təsiri altında törədib.
Məhkəmənin hökmü ilə M.Adıgözəlovun cəzası 12 ilə endirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.