Kriminal

Bakıda mənzilə basqın: bir qadını öldürdülər, digərini yaraladılar - YENİLƏNİB - VİDEO - FOTO

23 İyun 2017 11:36
5 Şərh     Baxış: 7 749
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:36

İyunun 22-də gecə saatlarında Bakının Yasamal rayonu ərazisində bir nəfəri qətlə yetirib, iki nəfərə isə xəsarət yetirən şəxs saxlanılıb.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, hadisə ilə bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiklləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılaraq istintaqa cəlb edilib.

Hazırda hadisədə iştirak edən digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Xatlrladaq ki, hadisə iyunun 22-də gecə saatlarında Yasamal rayonu ərazisində, keçmiş "Sovetski" küçəsində baş verib. Həmin ərazidə usta işləyən Sənan Məmmədov tanışı olan Mahirə adlı qadının kirayə qaldığı evə gələrək onunla mübahisə edib. Bu zaman mübahisəyə ev sahibi, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızı və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyib. Lakin Sənan qarşısına çıxan qadını və onun köməyinə gələn oğlunu bıçaqlayıb. Hadisə nəticəsində o, Mahirəyə ürək nahiyəsindən 4 bıçaq zərbəsi endirib. Yaralılar xəstəxanaya çatdırılsa da, Mahirənin həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəllsəinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

----------

10:13

Bakıda törədilən qətlin bəzi təfərrüatı məlum olub.

Milli.Az report-a istinadən xəbər verir ki, qətlə yetirilən şəxs 1989-cu il təvəllüdlü Sabirabad rayon sakini Əliyeva Mahirə Tofiq qızıdır.

Sözügedən qadın hadisəni törədən Sənan adlı şəxs ilə əvvəllər qeyri-rəsmi nikahda yaşayıb. Lakin onun yaşadığı kişi tərəfindən tez-tez döyüldüyünü görən qonşular bu barədə polisə məlumat veriblər. Sonda cütlük ayrılıb.

Hadisə baş verən gecə Sənan daha üç nəfərlə birgə Mahirənin "Nizami" metro stansiyası arxasında kirayə qaldığı həyət evinə gəlib. Qapını onların üzünə ev sahibəsi Mətanət Həsənova açıb. İçəri daxil olan şəxslərdən ikisi ev yiyəsinin əl-qolunu tutublar, Sənan isə qadına iki bıçaq zərbəsi endirib. Qadın qara ciyər nahiyəsində ciddi xəsarət alıb. Hazırda yaralının vəziyyəti ağırdır.

Polis əməkdaşları evdə olan müşahidə kameralarının köməkliyi ilə insidentin təfərrüatlarını müəyyənləşdirirlər.

-----------

08:39

Bakıda bir qrup şəxs mənzilə basqın edərək bir nəfəri qətlə yetirib, 2 nəfəri yaralayıb.  

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident paytaxtın Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş "Sovetski") baş verib. Məlumata görə, 1967-ci il təvəllüdlü Həsənova Mətanət Ağamalı qızına məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Əliyeva Mahirə Tofiq qızının keçmişdə münasibətdə olduğu Sənan adlı şəxs 3 nəfərlə birlikdə həmin evə gəlib. Sənan və Mahirə arasında şəxsi zəmində yaranmış münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Həsənov Laçın Gülbala oğlu müdaxilə etmək istəyiblər.

Dostlarının köməyi ilə Sənan əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetiriblər.    
 
Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Mahirə Əliyeva xəstəxanada keçinib.
 
Faktla bağlı polis əməliyyat-axtarış tədbirləri həyata keçirir. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda mənzilə basqın: bir qadını öldürdülər, digərini yaraladılar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.