Kriminal

Azərbaycanda marixuana satmaq istəyən müəllim saxlanılıb

23 İyun 2017 08:34
0 Şərh     Baxış: 1 334
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daşkəsəndə narkotik vasitə olan marixuana satmaq istəyən musiqi müəllimi saxlanılıb.

Milli.Az bildirir ki, Rayon Polis Şöbəsindən APA-ya məlumata görə, 1967-ci il təvəllüdlü rayon sakini Fikrət Bəhramov evinin yaxınlığında saxlanılıb. Onun üzərinə baxış zamanı cibindən bir kibrit qutusu və 4 bükümdə narkotik vasitə hesab olunan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. F. Bəhrəmov marixuananı şəxsi istifadəsi üçün yolun kənarından yığdığını qeyd edib. Aparılmış əməliyyat tədbirləri zamanı məlum olub ki, F. Bəhərmov marixuananı həmyerlisi Daşqın Əliyeva satmaq istəyib.

F. Bəhrəmov rayonda olan musiqi məktəbində qarmon müəllimi işləyir.
 
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.