Kriminal

Moskvada azərbaycanlı iş adamından 1 milyon tələb edənlər saxlanıldı

21 İyun 2017 14:30
0 Şərh     Baxış: 1 596
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin əməkdaşları Azərbaycan vətəndaşı olan iş adamından hədə-qorxu yolu ilə pul tələb etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, onlardan ikisi Moskvada, biri isə Dağıstanda saxlanılıb. Daha iki şübhəli şəxs beynəlxalq axtarışa verilib. Onlar hamısı daha əvvəl məhkumluq həyatı yaşayıb.
Məlumata görə, şübhəli şəxslər bu ilin aprel ayında odlu silahla hədə-qorxu gəlməklə iş adamını zorla avtomobilə mindirərək onu Moskva vilayətində yerləşən qəbiristanlığa aparıb və ondan külli miqdarda vəsait ödənilməsini tələb edib. Zərərçəkən bu tələblə razılaşıb və bir qədər sonra şübhəli şəxslər ondan nağd formada 1 milyon rubldan çox vəsait və 1,3 milyon rubl dəyərində olan avtomobil alıb.
Bundan başqa, istintaq cinayətin sifarişçisinin Azərbaycanda məhkum həyatı yaşayan Qulu ləqəbli qanuni oğru olduğunu müəyyən edib.

Hazırda saxlanılanların başqa cinayətlərdə mümkün iştiraklarının aşkar ediməsi üzrə zəruri tədbirlər həyata keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.