Kriminal

Hoteldən oğurluq edən şəxslərin şikayətləri təmin edilməyib

19 İyun 2017 22:19
0 Şərh     Baxış: 778
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində silsilə oğurluq törətməkdə təqsirləndirilən Nicat Məmmədov, Elman Bəkirov, Ceyhun Məmmədov, Elməddin Vəliyev, Adil Həşimov, Rəşid Paşayev və Hüseyn Hüseynovun apellyasiya şikayətlərinə baxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məhkəmə şikayətləri təmin etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elməddin Vəliyev 8 il, Nicat Məmmədov 7 il 6 ay, Adil Həşimov 8 il, Elman Bəkirov 4 il müddətinə azadlıqdan məhrum ediliblər.
 
Barəsində ev dustaqlığı seçilən Rəşid Paşayev 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Hüseyn Hüseynov və Ceyhun Məmmədovun isə hər biri 3000 min manat məbləğində cərimə ediliblər.
 
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda Natella Quliyevaya məxsus hotelin həyətinə daxil olaraq, oradan 27 min manatlıq oğurluq ediblər. Bundan başqa, dəstə üzvləri Bakıda yerləşən şirkətlərdən kondisioner, radiator və digər əşyaları oğurlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.