Kriminal

Dələduzluqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb

19 İyun 2017 21:40
0 Şərh     Baxış: 473

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elbrus Rzayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Onun barəsində şərti olaraq iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib və azadlığa buraxılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə  E. Rzayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən onun vəkili İlham Əsədov apellyasiya şikayəti verib.
 
Təqsirləndirilən şəxs Bakıda yerləşən lombardlardan birinə avtomobil girov qoyacağını vəd edib, 12 min manat pul götürüb, lakin nə avtomobili, nə də pulu verməyib.

Milli.Az

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.