Kriminal

Azərbaycandan qanunsuz yolla çıxmaq istəyən iki tələbə saxlanıldı - FOTO

19 İyun 2017 12:38
1 Şərh     Baxış: 2 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yardımlı rayonunun Alar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan İrana dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər xarici vətəndaş saxlanılıblar.

Milli.Az bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir.
Həmin şəxslər Banqladeş Xalq Respublikası vətəndaşları - 1991-ci il təvəllüdlü Amin MD Tacul, 1985-ci il təvəllüdlü Muhammad Bahauddin və onlara bələdçilik edən İran İslam Respublikası vətəndaşı 1963-cü il təvəllüdlü Həsənli Fateh Həmid oğludur.

Sərhəd pozucularının dövlət sərhədindən keçirilməsinə vasitəçilik edən Azərbaycan Respublikası vətəndaşı Yardımlı rayonu Arvana kənd sakini Sətiyev Şəhriyar Əvəz oğlu hadisə yerindən qaçmağa müvəffəq olsa da, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İlkin araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşlarının "Odlar Yurdu" və "Qərb" universitetlərinin tələbələri olması müəyyənləşdirilib.
Fakt üzrə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.