Kriminal

Başına şüşə butulka ilə zərbə endirdilər - YENİLƏNİB

19 İyun 2017 08:40
0 Şərh     Baxış: 2 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19.06.2017

08:40

Tovuzda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Düzqırıxlı kəndində qeydə alınıb.

İçki məclisində bir araya gələn dostlar arasında sərxoş olduqdan sonra hazırda bilinməyən səbəbdən mübahisə düşüb və sonradan davaya çevrilib. Bu zaman 1972-ci il təvəllüdlü kənd sakini Mamedov Ceyhun İdris oğlu başından butulka zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Dava zamanı daha iki nəfər də müxtəlif dərəcəli xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

-----------------

18.06.2017

23:57

Tovuz sakini xəsarətlə xətəxanaya yerləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Düzqırıxlı kənd sakini, 1972-ci il təvəllüdlü Mamedov Ceyhun İdris oğlu başın çapılmış yarası xəsarəti ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib. Məlumata görə,  dava zamanı C. Mamedovun başına şüşə butulka ilə zərbə endiriblər.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.