Kriminal

Bakı sakinlərindən 1 kq-dan artıq narkotik götürülüb - VİDEO - FOTO

17 İyun 2017 18:02
Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı sakinlərində 1,120 kq marixuana aşkar edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş Kamran Əmirxanov Buzovna qəsəbəsində idarə etdiyi avtomobili maneəyə vurduğu üçün saxlanılıb.

Sürücünün özünü şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən K.Əmirxanov idarə etdiyi avtomobillə birlikdə idarəyə gətirilib. Onun avtomobilinə baxış zamanı avtomobilin salonunda gizlədilmiş 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və avtobilində gizlətdiyini etiraf edib.

Xəzər RPİ əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həmid Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Onun əlindəki sellofan torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 720 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

İstintaq zamanı məlum olub ki, H.Əliyev marixunanı yaş halda əldə edib və bir neçə gün saxlayıb qurudandan sonra yaşadığı Binə qəsəbəsinə aparan zaman polislər tərəfindən saxlanılıb.

Qeyd edilən faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Qəza törətdi, maşından narkotik çıxdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.