Kriminal

Özlərindən xəbərsiz kreditə zamin ediblər, pensiyalarından olublar - VİDEO

16 İyun 2017 23:07
0 Şərh     Baxış: 1 364

Özünün də xəbəri olmadan Masallı sakinini külli miqdarda kreditə zamin ediblər.

Milli.Az bildirir ki, Masallının Şərəfə kənd sakini Ağabala Ağayev 2013-cü ildə tanışı Sifeyra İbrahimovaya zamin durub və min manat kredit götürüblər.

Bir müddət sonra isə həyat yoldaşı Zahidə Babayeva da həmin qadına zamin durub. Amma min manat adına 5 min manata imza atdırıblar.

Bir neçə ay əvvəl isə Ağabala Ağayevin pensiyasından 71 manat pul tutulub. Araşdırdıqda məlum olub ki, 2 il əvvəl onun və 3 nəfərin zaminliyi ilə Sifeyra İbrahimovanın adına 15 min dollar kredit götürülüb. Həmin qadın borcu ödəmədiyi üçün məhkəmə qərarı ilə kredit zaminlərə yönəldilib. Ağabala Ağayev deyir ki, həmin kreditdən heç xəbəri yoxdur. İmza və sənədlər saxtalaşdırılıb. Bunu bank əməkdaşlarına da bildirib.

İndi hər ay 71 manat Ağabala Ağayevin pensiyasından, 53 manat da həyat yoldaşının pensiyasından pul çıxılır. Məsələ ilə bağlı hüquqşünas Anar Ramazanov deyir ki, Ağabala Ağayev ilk növbədə məhkəmə qərarını rəsmi şəkildə əldə edərək ödənişin dayandırılması üçün apelyasiya şikayəti verməlidir.

Eyni zamanda banka rəsmi şəkildə müraciət edərək saxta zaminlik müqaviləsinin bir nüsxəni əldə etməli və onun qüvvədən salınması üçün məhkəmə iddiası qaldırmalıdır.
Anar Ramazanov məsləhət görür ki, vətəndaşlar hər hansı bir məsələ ilə bağlı banka müraciət etdikdə bunu rəsmi, yəni məktub şəklində həyata keçirsinlər. Bu, məhkəmə prosesləri zamanı vətəndaşın haqlı olduğunu sübut etmək üçün böyük əhəmiyyət daşıyır. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Özlərindən xəbərsiz kreditə zamin ediblər, pensiyalarından olublar

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.