Kriminal

Türkiyədən narkotik gətirən qadınlara HÖKM OXUNDU

16 İyun 2017 15:21
0 Şərh     Baxış: 734

Türkiyədən narkotik vasitə gətirməkdə təqsirləndirilən Nisə Babayeva ilə Səyanə Nağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cianyətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. 
 
Qeyd edək ki, onlar Türkiyədən Bakıya narkotik maddə gətirməkdə təqsirləndirilirlər. Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə istifadə etmə) və 206-(qaçaqmalçılıq) maddələrinə əsasən ittiham olunublar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.