Kriminal

Rusiya Ali Məhkəməsi Azərbaycan vətəndaşının həbs müddətini artırdı

16 İyun 2017 15:03
0 Şərh     Baxış: 643

Rusiya Ali Məhkəməsi Azərbaycan vətəndaşı Ramil Mirzəmovun həbs müddətini artırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, 4 tələbəni İraq və Suriyadakı beynəlxalq terror təşkilatlarına cəlb edən R.Mirzəmov 8 il əvəzinə 8 il 4 ay həbsdə olacaq.
 
Məhkəmənin qərarına əsasən, R. Mirzəmov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.   
 
Bildirilir ki, R. Mirzəmovun terror təşkilatlarına cəlb etdiyi iki tələbə 2014-cü ilin may ayında İraq və Suriyaya döyüşməyə yollanıb, digər iki nəfər isə onun əleyhinə ifadə verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.