Kriminal

Ukraynadan Azərbaycana gətirilən 70 min avroluq yük oğurlandı

7 İyun 2017 14:42
1 Şərh     Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın Vinnitsa vilayətində Fransanın məşhur kosmetika şirkətinin Azərbaycan nümayəndəliyinin, azərbaycanlı iş adamına məxsus mal və avadanlıqdan ibarət ağır tonnajlı yükün olduğu maşın oğurlanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Fransadan gətirilən yük ötən həftə Ukraynaya daxil olan kimi bu ölkəyə məxsus yük maşınına yüklənərək Odessa istiqamətində yola salınıb. Yükün transferini həyata keçirən Sergey Kolesniçenko bildirib ki, növbəti gündən maşının sürücüsü ilə əlaqə kəsilib. İki gün sonra isə naməlum nömrədən ona gələn zənglə bildiriblər ki, yük ələ keçirilib.

S.Kolesniçenko şirkətin vəkili ilə birgə hüquq mühafizə orqanlarına müraciət etdiklərini, lakin hələlik heç bir nəticəyə nail olunmadığını bildirib. Onun sözlərinə görə, yükün ümumi dəyəri 70 min avrodur.
Araşdırma aparıldığından kosmetika şirkəti adının açıqlanmasını istəməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.