Kriminal

Azərbaycanlı biznesmeni qətlə yetirən şəxs Qazaxıstanda tutuldu

30 May 2017 11:27
0 Şərh     Baxış: 1 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmazda iş adamını qətlə yetirməkdə təqsirləndirilən şəxs Qazaxıstanda tutulub.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya Xaçmaz Rayon Polis Şöbəsindən bildirilib.
 
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 2016-cı il iyunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovu qətlə yetirmək təqsirləndirilən Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Rüstəmov Vüsal Arif oğlunun Rusiyaya, oradan da Qazaxıstana qaçması müəyyən edilib.
 
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə V.Rüstəmov Qazaxıstanda tutularaq Azərbaycana gətirilib və istintaqa təhvil verilib.
 
Qeyd edək ki, 2016-cı il yunun 16-da Xaçmaz şəhərində yaşayan İlqar Məmmədovun meyiti evinin həyətində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədovu qarət məqsədilə qətlə yetirməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Qalib Kərimov hadisədən dərhal tutulub. V. Rüstəmov isə ölkədən qaçıb.
 
İ.Məmmədov ticarət mallarının topdan satışı ilə məşğul olurmuş.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.